140 min manatlıq qızılı tapdı, görün nə etdi (Video)

19.09.2026

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyədə təmizlik işçisinin tapdığı külli miqdarda dəyərə malik zinət əşyaları ilə bağlı davranışı diqqət çəkib.

Milli.Az xəbər verir ki, Fatih Cesur adlı təmizlik işçisi işlədiyi ərazidə təxminən 140 min manat dəyərində qızıl və digər zinət əşyaları tapıb.

O, tapıntı barədə dərhal müəssisədə məsul şəxsə məlumat verib. Daha sonra zinət əşyaları polisə təhvil verilib.

Təmizlik işçisinin bu addımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Onun dürüst davranışı istifadəçilər tərəfindən müsbət qarşılanıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью