141 milyona görə 44 illik sevgilisi ilə evlənir

20.08.2026

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Məşhur komediyaçı Riki Cerveys illərdir nikah masasına qarşı nümayiş etdirdiyi qətiyyətli mövqeyini dəyişib.

BAKU.WS xəbər verir ki, o 1982-ci ildən bəri birlikdə olduğu sevgilisi, yazıçı Ceyn Fallon ilə rəsmi nikaha girəcək.

Lakin 65 yaşlı sənətçinin bu qərarının arxasında hər hansı romantik səbəb dayanmır.

Ailə qurmağın yeganə səbəbi miras vergisidir.

Onun sərvətinin təxminən 141 milyon sterlinqdir.

Cerveys, "Saga" jurnalına verdiyi müsahibədə Fallon ilə vergi güzəştləri üçün evlənib-evlənməyəcəyi sualına belə cavab verib:

"Bəli. Evlənməyim üçün yeganə səbəb bu olacaq. Vergi olmasaydı... nəyə görə evlənək ki?" - deyə o qeyd edib.

Qeyd edək ki, Cerveys "The Office" serialının yaradıcısı və baş qəhrəmanı olub.

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью