Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Noyabrın 15-dən ölkə üzrə istilik mövsümünün başlanması ilə əlaqədar təhsil müəssisələrində istilik təminatının təşkili istiqamətində hazırlıq işləri görülüb.
Bu barədə Bakıvaxtı.a-az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Qeyd olunub ki, bu məqsədlə təhsil müəssisələrinin istilik sistemlərinin mövcud vəziyyəti araşdırılıb, müvafiq qurumlarla birgə qazanxana və istilik sistemlərinin texniki sazlığı yoxlanılıb. Aşkar edilən və yarana biləcək nasazlıqların aradan qaldırılması üçün zəruri tədbirlər görülüb.
Hazırda 214 məktəb və 151 məktəbəqədər təhsil müəssisəsində istilik təminatı mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
Odun yanacağından istifadə edən bütün təhsil müəssisələri pellet yanacağına keçirilib. Ümumilikdə 1438 müəssisə üçün 9209 pellet sobası alınıb.
Bundan başqa, 176 təhsil müəssisəsində qazlaşdırma işlərinə başlanılıb. Onlardan 144-də işlər yekunlaşıb, 32 müəssisədə isə proses davam edir. Qazlaşdırma işləri başa çatmayan müəssisələrdə alternativ istilik avadanlıqlarından istifadə olunur.
"Qeyd edək ki, cari ildə 743 təhsil müəssisəsində istilik sistemləri təmir edilib.
İstilik mövsümü ərzində yarana biləcək texniki problemlərin operativ həlli üçün regionlarda aidiyyəti qurumlarla birgə xüsusi qruplar yaradılıb. Daxil olan müraciətlər qeydə alınır, təhlil edilir və problemlərin qısa müddətdə aradan qaldırılması üçün tədbirlər görülür.
Təhsil müəssisələrində istilik təminatının dayanıqlı təşkili, mövcud çatışmazlıqların aradan qaldırılması və yarana biləcək problemlərə vaxtında müdaxilə edilməsi istiqamətində işlər istilik mövsümü boyunca davam etdiriləcək", - məlumatda bildirilib.