15 aylıq həsrəti sona çatacaq

08.03.2025

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Neymarın 15 aylıq həsrəti tezliklə sona çatacaq.
“Santos”un hücumçusu uzun müddətdən sonra Braziliya yığmasına çağırılıb.
Bu barədə Braziliya Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb. 33 yaşlı hücumçu DÇ-2026-nın seçmə mərhələsində Kolumbiya və Argentina ilə uyğun olaraq martın 21-də və 25-də keçiriləcək oyunlar üçün milli komandaya dəvət alıb.
Neymar sonuncu dəfə 15 ay əvvəl - 2023-cü il oktyabrın 18-də Uruqvaya qarşı seçmə oyunda meydana çıxıb.
Həmin matçda ciddi zədə alan futbolçu uzun müddət müalicə aldıqdan sonra sıraya dönüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью