15 ci dəfə ölkə kubokunu qazandılar

15.05.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukraynanın kubokunda final matçı keçirilib.

QOL.az xəbər verir ki, həlledici görüşdə "Şaxtyor"la "Dinamo" Kiyev qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Andrey Yarmolenko 43-cü dəqiqədə Kiyev klubunu hesabda önə çıxarıb. "Şaxtyor" isə buna cavabı 64-cü dəqiqədə Kuan Elyasla verib.

Penaltilər seriyasında isə 6:5 hesabı ilə qalib gələn "Şaxtyor" kubokun sahibi olub

Bununla da, Donetsk təmsilçisi 15-ci dəfə Ukrayna kubokunu başı üzərinə qaldırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью