15 dekabrda bürcləri NƏ GÖZLƏYİR?

14.12.2024

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

News24.az 15 dekabr, 2024-cü il tarixi üçün ulduz falını təqdim edir:

QOÇ - Havaların qeyri-sabitliyi, maqnit qasırğaları səhhətinizə mənfi təsir göstərə bilər. Bunu nəzərə alıb açıq havada çox durmayın. Bu gün istənilən ikitərəfli əməkdaşlığınız uğurla nəticələnəcək.

BUĞA - Mürəkkəb məsələlərə diqqət yetirin - onlar üzərində iş sizə maraqlı və faydalı olacaq. Yeni təcrübə qazanmaq, peşə təcrübənizi artırmaq imkanı yaranıb. Ətrafınızdakıların sizin barənizdə nə fikirləşdikləri, rəhbərliyin müvəffəqiyyətlərinizin fövqündə olub-olmadığı barədə yox, gördüyünüz işlərin xoş sonluğu barədə düşünün.

ƏKİZLƏR - Şərait dəyişəcək, həmçinin faydalı məlumat ala bilərsiniz. Nüfuzlu adamların dəstəyini qazanacaqsınız, bu, məqsədinizə doğru yolunuzu asanlaşdıracaq.

XƏRÇƏNG - Hazırda "hakim" bürc siz olduğunuz üçün enerjiniz xeyli artacaq. Odur ki, bu potensialı səmərəli istiqamətə yönəltməyə səy göstərin. İşgüzar sövdələşmələrə başlamağa dəyər.

ŞİR - Mübahisəli gündür. Atmaca və böhtanlara əhəmiyyət verməyin. Əsas enerjinizi maliyyə məsələlərinə və peşənizlə məşğulluğa həsr edin. Sevdiyiniz adamın obyektiv fikrinə hörmətlə yanaşın.

QIZ - Saat 12-dən sonra maddi durumunuzu dirçəltmək üçün cəhdlər edin. Çox güman ki, bunun səmərəsi olacaq. Günün sonunda isə ürəyinizcə olan ünvanlara qonaq sifətilə baş çəkin.

TƏRƏZİ - Həmkarlarınızla davranışlarda nəzakətli olun. Çünki ulduzların düzümü bu gün çoxlarının sizdən incik düşəcəyini göstərir. Fəaliyyət zəminində isə böyük işlərə başlamağa dəyər.

ƏQRƏB - Ünsiyyətdə rahatlıq olacaq. Danışıqlar və müzakirələr üçün əlverişli zamandır. Situasiyadan yararlanın. Dəvət aldığınız tədbirlərə qatılmaqdan boyun qaçırmayın. Aktiv olun, başqalarının əldən verdikləri şanslardan siz yararlanın.

OXATAN - Maliyyə problemlərinizin qabarmasını istəmirsinizsə, bir az qənaətcil olun. Yaxşı olar ki, ciddi məbləğ tutan alış-verişə girişməyəsiniz. Əsas vaxtınızı sevgiyə həsr edin.

OĞLAQ - Saat 12-17 arası gərginliklə üzləşə bilərsiniz. Bunun qarşısını alsanız, qalan müddətdə heç bir probleminiz olmayacaq. İşgüzar görüşləri təxirə salmayın. Sevindirici xəbər eşidəcəksiniz.

DOLÇA - Yaxınlarınız sizi dəstəkləməyə, ideyalarınızın yerinə yetirilməsində kömək etməyə hazırdırlar. Bircə şeyin öhdəsindən gələ bilmirlər - bədbinliyiniz getdikcə artır.

BALIQLAR - Çox məsuliyyətli gündür. Nəzərdə tutduqlarınızın hamısını reallaşdırmağa çalışın. Yersiz risklərə, bələd olmadığınız adamlarla əməkdaşlığa razılıq verməyin. Səhhətinizi qoruyun.

Ağa Dadaşzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью