“15 dəqiqə sonra şəhid oldu” Zəfərə aparan döyüş xatirəsi VİDEO

02.10.2026

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

44 günlük Vətən müharibəsinin iştirakçısı, zabit Əbülfəz Babayev döyüş günlərində yaşadığı ağır anlardan danışıb.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, o, Füzuli və Cəbrayıl istiqamətində aparılan əməliyyatları, yaralandığı anı, silahdaşlarının qəhrəmanlığını və döyüş meydanında verilən çətin qərarları xatırlayıb.

Əbülfəz Babayev bildirib ki, bəzi hərbçilər ailələri ilə sonuncu dəfə əlaqə saxladıqdan cəmi dəqiqələr sonra şəhid olublar. O, azad edilmiş torpaqlara ilk dəfə ayaq basarkən keçirdiyi hissləri də bölüşüb. Süjetdə 44 günlük savaşın canlı şahidinin xatirələri, döyüş yoldaşlarının fədakarlığı və Zəfərə gedən yolda keçilən sınaqlar təqdim olunur.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью