15 gün əvvəl yaranan şirkət “Bank Avrasiya”nın əsas səhmdarı ilə birləşdi

29.01.2026

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


15 gün əvvəl – 14 yanvar 2026-cı il tarixində dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 800 min manat olan “Top Properties Əmlak” MMC (VÖEN – 1407520511) fəaliyyətinə xitam verilərək “Azbizneskom” MMC-yə (VÖEN – 1501192301) qoşulduğunu elan edib.
Yeniavaz.com
xəbər verir ki, fəaliyyətinə xitam verilən “Top Properties Əmlak” MMC “Top Properties” MMC-nin (VÖEN – 1405039331) tərkibindən ayrılma nəticəsində yaranıb.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 149,5 milyon manat olan “Top Properties” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Ölkənin aparıcı banklarından olan “Bank Avrasiya” ASC-nin səhmlərinin 49,5%-i “Top Properties” MMC-yə məxsusdur.
Onu da qeyd edək ki, fəaliyyətinə xitam verilən “Top Properties Əmlak” MMC-nin hüquqi ünvanı ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq” ilə eyni ünvanda – Neftçilər prospekti, ev 153-də yerləşir.
“Top Properties Əmlak” MMC-nin birləşdiyi “Azbizneskom” MMC isə 2008-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 120,9 milyon manat təşkil edir. “Azbizneskom” MMC isə “Bank Avrasiya” ASC-nin səhmlərinin 49,5%-nə sahibdir.
Elnur Əli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью