15 gün komada qalan 32 yaşlı reper vəfat etdi

28.12.2024

Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 12-də başından güllə yarası alan OG Maco ləqəbi ilə tanınan reper Benedikt Çiadculam İhesiba dünyasını dəyişib.

Axşam.az bər verir ki, başından güllə yarası alaraq ağır vəziyyətdə Los-Ancelesdə xəstəxanaya yerləşdirələn 32 yaşlı amerikalı reper 15 gün komada qalıb. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. O, dekabrın 27-də vəfat edib.

İlkin məlumata görə, reper səhər saatlarında evində tapılıb. OG Maco-nun yanında odlu silah olub. 

Qeyd edək ki, 2019-cu ildə ona ət yeyən xəstəlik - nekrotizan fasiit diaqnozu qoyulub. Düzgün müalicə olunmaması səbəbindən reperin üzünün çox hissəsi deformasiyaya uğrayıb. İhesiba ağır depressiyada olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью