15 gün sonra Tiflisdə ağrılı proses olacaq | Icma.az
Icma.az, Axar.az saytına istinadən bildirir. Gürcüstanda keçirilən prezident seçkilərində hakim partiyanın irəli sürdüyü bir namizəd iştirak
Müxalifət üçün prezident hələ də Salome Zurabişvilidir və seçkilərin legitimliyini tanımır.
Hərçənd, vəziyyəti dəyişdirmək imkanları məhduddur: 1. Bu seçkilərdə Gürcüstan prezidentini xalq yox, Seçicilər Kollegiyası (SK) seçəcək; 2.
Müxalifət prosesdə iştirak etməsə belə, hakim partiya SK-də kvotanı təmin edə bilir; SK-nin tərkibini parlament üzvləri (150 deputat), Acarıstan Muxtar Respublikasının Ali Şurasının üzvləri (21 nəfər), Abxaziya Muxtar Respublikasının Ali Şurasının üzvləri (21 nəfər) və yerli idarəetmə orqanlarının məclis üzvləri (109) təşkil edir.
Müxalifət parlamenti boykot etdiyi üçün SK-də də iştirak etmir.
Lakin kollegiyada yetərsay (hakim partiyanın 89 deputatı, Acarıstan və Abxaziya nümayəndələri və 109 yerli nümayəndə) təmin olunur və bu, seçkini legitimləşdirir.
Kollegiya üzvləri tam tərkibdə iştirak edirsə, prezidetin seçilməsi üçün 150+, tam iştirak etmirsə, üçdə ikinin səsi yetərlidir.
Bütün ssenarilər hakim partiyanın irəli sürdüyü yeganə namizədin seçiləcəyi yönündədir. Hərçənd, əsas problem seçkidən sonrakı prosesdir.
Tam oxu
Xəbəri oxu