15 həftəlik savaşın RƏQƏMLƏRLƏ İFADƏSİ Hansı ölkə daha çox ZƏRƏR GÖRDÜ?

20.06.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

15 həftəyə yaxın (2026-cı il 28 fevral – 20 iyun) davam edən və ilkin sülh sazişinin imzalanması ilə nəticələnən İran müharibəsi bütün region üçün ağır insan itkiləri və böyük iqtisadi fəsadlarla yadda qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu "The New York Times" (NYT) nəşrində araşdırma materialı dərc olunub.
Məlumata görə, hərbi əməliyyatların statistikası və fəsadları aşağıdakı kimidir:
- İnsan itkiləri: Müharibə zamanı təxminən 3 500 iranlı, 3 700 livanlı, 26 israilli və 13 ABŞ hərbi qulluqçusu həlak olub, minlərlə insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.
- ABŞ-ın xərcləri: Hərbi əməliyyatlar, enerjidaşıyıcılarının bahalaşması və digər dolayı iqtisadi fəsadlar da daxil olmaqla, müharibənin ABŞ-a ümumi maliyyə ziyanı təxminən 132 milyard dollar dəyərində qiymətləndirilir.
- Yanacaq bazarı: ABŞ-da benzinin bir qallonunun qiyməti 2,98 dollardan 4,00 dollara qədər yüksəlib. Bu artım ortalama hər bir Amerika ailəsinin büdcəsinə təxminən 460 dollar əlavə xərc kimi əks olunub.
- İnfrastruktur ziyanı: İranda yüzlərlə məktəb, tibb müəssisəsi və mülki obyekt dağıdılıb və ya ciddi zədələnib. Eyni zamanda ABŞ-ın regiondakı hərbi bazaları və aktivlərinə də zərbələr dəyib.
- Qlobal təsirlər: Hörmüz boğazında gəmilərin hərəkətinin iflic olması dünya bazarında neftin, gübrənin və ərzaq məhsullarının qiymətlərinin kəskin artmasına təkan verib.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью