15 il əvvəl Rəşad Sadıqov etmişdi Rafinya təkrarladı

01.05.2025

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində keçirilən “Barselona” - “İnter” oyununda Rafinyanın qolu müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, 3-3 hesabı ilə yekunlaşan oyunda “Barselona”nın üçüncü qoluna Rafinya imza atıb. Hücumçu “Azərbaycansayağı künc” zərbəsindən sonra fərqlənmişdi. Bu qol Türkiyənin sosial media seqmentlərində də müzakirə olunub.

Qeyd edək ki, 2010-cu ildə AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan Türkiyə millisini 1-0 hesabı ilə məğlub etmişdi. Rəşad Sadıqov “Azərbaycansayağı künc” zərbəsi zamanı fərqlənmişdi.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью