15 il əvvəlki müəmmalı ölümə görə Kurtlar Vadisi nin ssenaristləri dindiriləcək

14.09.2026

Icma.az, Axsham.az saytına istinadən bildirir.

Türkiyədə 2011-ci ildə Silivri həbsxanasında vəfat edən keçmiş Milli Kəşfiyyat Təşkilatı (MİT) əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı yenidən araşdırma başladılıb.

Axşam.az xəbər verir ki, araşdırma çərçivəsində "Kurtlar Vadisi Pusu" serialının ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan ifadəyə çağırılıb.

Buna səbəb serialın keçmiş epizodlarındakı müəyyən səhnələr və ya personajlarla real həyatdakı hadisələrin üst-üstə düşməsinin araşdırmanın əsas məqamlarından birinə çevrilməsi olub.

Belə ki, 10 noyabr 2011-ci ildə yayımlanan 136-cı bölümdə "Kazım Kaşifoğlu" adlı obraz həbsxana kamerasında saxlanılıb. Onun döyüldüyü, həyatı ilə təhdid olunması diqqət çəkən nüanslardan biridir. Çünki sözügedən bölümün yayımlanmasından cəmi iki gün sonra, noyabrın 12-də Kaşif Kozinoğlu Silivri həbsxanasında dünyasını dəyişib.

Bundan sonra ekran işinin 8 dekabrda yayımlanan 139-cu bölümdə "Kazım Kaşifoğlu" obrazının şpris vasitəsilə damarına hava yeridilərək öldürülməsi səhnəsi təqdim olunub. Bu səbəbdən həmin bölümlərin ssenaristləri istintaq çərçivəsində dindiriləcək.

Qeyd edək ki, “Ergenekon” təşkilatının üzvü olmaqda şübhəli bilinərək 10 mart 2011-ci il tarixində həbs edilmiş Kaşif Kozinoğlu ilk məhkəmə iclasına 10 gün qalmış, 12 noyabr 2011-ci ildə Silivri həbsxanasında vəfat edib. Rəsmi olaraq onun ürəktutmadan öldüyü açıqlanıb. Onun ölümü ilə bağlı bir neçə gün öncə yenidən başladılan istintaq çərçivəsində məzarı açılıb. Aparılan istintaq çərçivəsində 9 şübhəli saxlanılıb, onlardan üçü həbs edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью