Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Məşhur aktyorlar Xalid Ərgənc (Halit Ergenç) və Məryəm Üzərli Misirdə keçirilən "El Gouna Film Festivalı"na birgə qatılıblar.
Kult.az Axşam.az-a istinadla xəbər verir ki, aktyorlar çəkildikləri "İmrozda bahar" filminin dünya premyerasında iştirak ediblər.
Ekran işi festivalın 9-cu buraxılışı çərçivəsində təqdim olunub.
Qeyd edək ki, Xalid və Məryəm 15 il əvvəl "Möhtəşəm yüz il" serialında birlikdə rol alıblar. Serialda Xalid Sultan Süleymanı, Məryəm isə Hürrəm Sultanı canlandırıb.