15 ildir heç bir ispan bunu bacarmırdı Torres Betis in tarixinə düşdü

07.12.2025

Icma.az bildirir, Fanat portalına istinadən.

“Barselona”nın hücumçusu Ferran Torres “Betis”lə La Liqa oyununun əsas qəhrəmanı olub.

Fanat.Az xəbər verir ki, hücumçu səfər matçının ilk yarısında üç qol vurub. 

ESPN-in hesablamasına görə, o, “Betis”in stadionunda birinci hissədə het-trik edən La Liqa tarixinin ilk futbolçusu olub.

Bundan əlavə, indiyə qədər Torres La Liqanın ilk 16 turunda 11 qol vurub. 2010-cu ildən bu yana, David Vilyadan sonra heç bir ispaniyalı oyunçu “Barselona” üçün belə bir nəticə əldə edə bilməmişdi.

“Barselona” “Betis”i 5:3 hesabı ilə məğlub edərək turnir cədvəldə liderliyini möhkəmləndirib. 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью