Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq. Almaniya il yarım əvvəl öz sərhədlərində nəzarəti bərpa etdikdən sonra on minlərlə əcnəbi
Onların beşdə biri ukraynalıdır. Reyting.az-ın “Euractiv” nəşrinə istinadla verdiyi məlumata görə, statistika göstərir ki, artıq ukraynalı q
2023-cü ilin avqust ayından Almaniya sərhəddinə girişindən imtina edilənlərin 19,1 faizini ukraynalılar təşkil edir.
Söhbət 15 mindən çox ukraynalıdan gedir.“Nəticələr təəccüblüdür, çünki Rusiyanın təcavüzündən qaçan ukraynalılar adətən Avropa İttifaqının istənilən ölkəsində qorunma və müvəqqəti yaşamaq imkanı əldə edə bilirlər.
Onlara həm də Şengen zonası daxilində tətil üçün səyahət etmək icazəsi verilir”, - nəşr qeyd edir.Almaniya Daxili İşlər Nazirliyi isə bəyan edib ki, işlərin böyük əksəriyyətində ukraynalılara girişdən imtina onların yaşayış yerini dəyişmək cəhdləri ilə bağlıdır.
Yəni ukraynalılar rəsmi mühafizə aldıqları başqa bir Aİ ölkəsindən Almaniyaya keçməyə çalışırlar.
Əgər bu, gizli şəkildə və əvvəlcədən icazə almadan həyata keçirilirsə, ölkəyə girişdən imtina üçün əsas ola bilər.E.
KAMAL Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.