“15 Sentyabr Bilik Günündə tıxaclarda “Birlik” dərsi keçirildi...”

16.09.2026

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Adam dükan və bazarlarda kənd təsərrüfatı ərzaqlarının (özü də çoxu ekoloji ) bahalığından məcnun olub tarlalara düşdü...”

-7 CÜMLƏDƏ 7 DƏRD...-

-Deyəsən, uşaqlarımızın təhsilinə cavabdeh nazirin  “3” rəqəmindən, qiymətindən xoşu gəlir; əvvəl deyirdi, 3 şagirddən biri adını yaza bilmir - indi də universitetləri 3 illik etmək qərarına gəlib...

-Statistika Komitəsi, deyir ki, eşşəklərin sayı son illər sürətlə azalır və bir ildə 2400 eşşək ölkəni tərk edib, üzr istəyirik, yoxa çıxıb, amma  gərək “eşşək kimi işləyənlər”in də statistikasını dəqiqləşdirək…

-Gədəbəydə bir məmur gədalıq edərək xadiməni aldadıb 3 min manatını alıb, amma sonda  3 mini də geri qaytarıb, üstəlik, dövlətə 750 manat “faiz” də ödəyib; deməli, gədanın da vicdanı var, sadəcə Mərkəzi Bankdan lisenziyası yoxdur...

-15 Sentyabrda Bakıda həm Bilik Günü, həm də axır ki, milli “Birlik” Günü oldu və milli “Birlik” Dərsi keçirildi; müəllim tıxac, şagirdlər isə sükan arxasında gözləyən yüz minlərlə sürücü, həm də avtomobil və avtomobil sərnişinləri idi(Əslində birlik olmaq həm də bilikli olmaqdan keçir)...

-Görən, yoldaş Koroğlu rüşvət-filan, namərdlik, dələduzluq nə olduğunu bilməyən 7777 dəlisindən 7 bir az ağıllısını tapıb verər,  başçı yeri boş qalmış 7 rayon və şəhərimizə yollayaq ki, oraları bir az abıra salsınlar...

-Adam dükan və bazarlarda kənd təsərrüfatı ərzaqlarının (özü də çoxu ekoloji ) bahalığından məcnun olub tarlalara düşdü... 

-Hüquq-mühafizə orqanları deyir ki, son vaxtlar dükan, marketlərdən oğurluqların sayı artır; kameralar oğrunu axtarır, amma heç bir kamera insanı oğurluğa aparan bahalığı, işsizliyi və ümidsizliyi çəkib təsvirlərini cəmiyyətə çatdıra bilmir...

Sultan Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью