Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyədə 1.5 ton süddən hazırlanan pendir viral olub.
BAKU.WS xəbər verir ki, xüsusilə Qars bölgəsində hazırlanan "Gravyer" adlı pendirin qiyməti çox bahadır. Bu pendirdən sadəcə İsveçrə və Türkiyədə istehsal edilir.
Onun hazırlanmasına 6-12 ay vaxt sərf edilir. Pendir qaldıqca onun dadı daha da artır. Əsasən çəkisi 53 kiloqram olur. Bir kiloqramı üçün 28 litr süddən istifadə edilir.
Tərkibi B12, kalsiumla, proteinlə zəngin olduğundan sümük və immun sistemini dəstəkləyir. Metobolizmanı gücləndirir və saymaqla bitməyən bir çox faydaları var.
Pendirin bir kiloqramı qırmızı ətdən bahadır. Qiyməti təxminən 930 lirədən çoxdur. (təxminən 36 AZN)