15 yaşında hücum planladı, polis saxladı

08.08.2025

Icma.az bildirir, Operativ MM saytına əsaslanaraq.

Danimarkanın Kolding şəhərində məktəbdə silahlı hücum planladığı iddiası ilə 15 yaşında şagird polis tərəfindən nəzarətə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, hücum planı üç şagird tərəfindən birlikdə hazırlanıb. Onlardan iki nəfər ifadələrinin alınmasından sonra sərbəst buraxılıb.

Məktəbin Danimarkada yay tətilinin 11 avqustda bitməsindən bir qədər əvvəl hədəf alınmasının planlaşdırıldığı qeyd edilib.

Rəsmilər məktəbdə və ətraf bölgədə hər hansı təhlükə olmadığını, şagirdlərin təhlükəsiz olduğunu vurğulayıblar.

15 yaşlı şagirdə "qəsdən adam öldürməyə cəhd" ittihamı irəli sürülüb. O, prokurorluğun tələbi ilə məhkəmə qərarı əsasında dörd həftəlik müvəqqəti həbsə alınaraq saxlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью