15 yaşında “Qarabağ”da rəsmi debüt etdi Video

04.05.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

Misli Premyer Liqasının bu gün keçirilən “Qarabağ” - “Sumqayıt” matçında (2:0) əlamətdar hadisə yaşanıb.

QOL.az xəbər verir ki, Amin Rzayev 15 yaşında “Qarabağ”ın əsas komandasında debüt edib. O, 84-cü dəqiqədə təcrübəli Elvin Cəfərquliyevin əvəzinə oyuna daxil olub.

A.Rzayev sağ cinah müdafiəçisidir. Onun 16 yaşı hələ bu ilin oktyabrın 12-də tamam olacaq.

O, bu vaxta qədər Ağdam klubunun əsas komandasında yoxlama matçlarında iştirak edib.

A.Rzayev "Qarabağ" akademiyasının yetirməsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью