15 yaşlı gənc toyu yasa çevirdi 11 nəfər...

22.06.2026

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Ölkə.az-ın xəbərinə görə, hadisə ölkənin Dənizli şəhərinin Çivril rayonunun Kıralan məhəlləsində qeydə alınıb.

Oğlan evi gəlini götürmək üçün karvanla qızın ata evinə gəlib. Mərasim zamanı 15 yaşlı gənc (ad-soyadı açıqlanmayıb) tüfəngdən havaya atəş açmaq istəyib, amma güllələr toyda iştirak edən insanlara dəyib. Nəticədə 11 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью