15 yaşlı Hüseyn Hüseynovun ölümü ilə bağlı şikayət var | Icma.az
Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir. Qəbələdə hovuzda boğulduğu deyilən Ağcabədi rayon sakini, 15 yaşlı Hüseyn Hüseynov
Mia.az xəbər verir ki, bu barədə Oxu.Az-a H.Hüseynovun xalası oğlu Rüstəm Məmmədov məlumat verib.
Rüstəm Məmmədovun açıqlamasına görə, yayılan məlumatlar yanlışdır: "Hüseyn evdə 22 yaşlı güləş müəllimi Nəsir Nəsirovla yarışa gedəcəyini deyib.
Sonra yarış təxirə düşdüyü üçün Qəbələnin Vəndam qəsəbəsində yerləşən "A-Frame" istirahət evinə gediblər.
5 nəfər tələbə, müəllim və onun dostları olublar. Ümumilikdə 8 nəfər gediblər.
Orada hadisənin necə baş verdiyi bilinmir, uşaq dünyasını dəyişib, adını qoyublar ki, suda boğulub.
Sözügedən 5 uşaqdan biri mənə dedi ki, hadisədən sonra ev yiyəsi kameranı qırıb.
Mən istəyirəm ki, məsələ düzgün araşdırılsın, aydınlığa çıxsın. Hüseynin atası 2-ci qrup Qarabağ müharibəsi əlilidir.
Tam oxu
Xəbəri oxu