15 yaşlı oğlan Tərtər çayında boğuldu

09.05.2025

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bərdə rayonunda 15 yaşlı oğlan boğulub. 

“Qafqazinfo”nun xəbərinə görə, Ağadam rayon sakini 2010-cu il təvəllüdlü Əli Fərəcov Tərtər çayının Bərdə şəhəri ərazisindən keçən hissəsində boğulub.

Hələlik onun hansı şəraitdə çaya düşdüyü məlum deyil.

İlkin məlumata görə, Ə. Fərəcov Tərtər çayın sahilinə yaxın olan şadlıq saraylarından birində təşkil edilən toya gəlibmiş.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью