15 yaşlı oğlan velosipeddən yıxılıb xəsarət aldı

16.07.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Tovuz rayonunda yeniyetmə velosipeddən yıxılaraq ağır xəsarət alıb. Hadisə rayonun Sarıtala kəndində qeydə alınıb.

"Unikal"ın məlumatına görə, 2010-cu il təvəllüdlü  A.Kərimli kəllə beyin travması diaqnozu ilə rayon xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olan yeniyetmə dərhal əməliyyat edilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, 15 yaşlı A.Kərimli kənd ərazisində velosiped sürərkən ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb.

Fakt araşdırılır.

Tural Əhmədov


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью