Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkə.az xəbər verir ki, nəhəng panda Xing Meinin 15-ci doğum günü münasibətilə keçirilən tədbir Çinin şimalındakı Tianjin şəhərində yerləşən Photosynthesis Valley Turistik Kompleksindəki zooparkda təşkil olunub.
Xing Mei 2011-ci ilin avqustunda Çinin cənub-qərbindəki Sıçuan əyalətinin mərkəzi Çendu şəhərində yerləşən Çendu Nəhəng Panda Yetişdirmə və Tədqiqat Bazasında doğulub. Panda 2013-cü ilin sentyabrında Tianjin şəhərinə gətirilib.
Həmidə İbrahimova