Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Şamaxıda məktəblini zorla qaçıran şəxs həbs edilib.
O, qaçırdığı qızın anasına zəng edərək: "Biz ailə olduq", - deyib, polisə məlumat verilməməsini istəyib.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, 25 yaşlı Rasim (ad şərtidir) 15 yaşlı məktəbli Laləni (ad şərtidir) qorxudaraq qaçırıb.
İstintaq zamanı müəyyən edilib ki, Rasim Laləyə yaxınlaşaraq onu çoxdan gördüyünü, bəyəndiyini deyib.
Buna görə də onunla "Instagram" üzərindən danışmağı təklif edib.
Bir müddət sonra Lalə ilə görüşərək onunla ailə həyatı qurmaq istədiyini deyib və qohumunun evinə aparıb.
Oradan Lalənin üzündən və sinəsindən öpüb. Sonra Laləni öz evlərinə aparıb.
Bir neçə saat sonra evə polis əməkdaşları gələn zaman Rasim qaçıb. Rasim və Lalə dindirilən zaman fərqli ifadələr veriblər.