Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq. Bərdə rayonunda yeniyetmə qız məktəbdə xəsarət alıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə iyunun 2-si saat 12 radələrində Bərdə şəhəri ərazisində yerləşən 5 saylı tam orta məktəbdə baş verib.
Həmin məktəbdə təhsil alan Qaradağlı kənd sakini 2010-cu il təvəllüdlü Z.
Şıxıyeva (şərti) 3-cü mərtəbədə yerləşən sinif otağının pəncərəsindən yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Z.
Şıxıyevanın vəziyyəti qənaətbəxşdir. Hadisə ilə bağlı araşdırma aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.