150 illik villa 55 milyon dollara satılır

20.08.2026

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İstanbul Boğazının möhtəşəm villalarından biri olan və Qanlıcada yerləşən "Faruk Yalçın yalısı" 55 milyon dollara satışa çıxarılıb.

BAKU.WS xəbər verir ki, iş adamı Faruk Yalçının 2008-ci ildə vəfat edənə qədər burada yaşayıb.

Daş bünövrə üzərində ucalan taxta tikili, XIX əsrin sonlarında Avropada dəbdə olan "Art Nouveau" cərəyanının izlərini daşıyır.

Bünövrədən damadək ucalan qülləvari çıxıntıları, hündür pəncərələri, böyük qapıları və simmetrik planı ilə Avropa köşk memarlığı ilə Boğazın ənənəvi taxta tikinti mədəniyyətini birləşdirir.

Bu mülkü alan şəxs sadəcə dəniz kənarında dəbdəbəli bir daşınmaz əmlaka deyil, bir əsrdən çox yaşı olan canlı İstanbul hafizəsinə sahib olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью