150 nömrəli avtobusda uşağın ayağı qapıda qaldı Sərnişin narazıdır

20.08.2026

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Vətəndaş 150 nömrəli avtobusdan narazıdır.

Gununsesi.info  xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında paylaşıb.

Vətəndaşın sözlərinə görə, bu gün saat 17:00–18:00 aralığında Koroğludan Bilgəh istiqamətində hərəkət edən, 90-JQ-261 dövlət qeydiyyat nişanlı 150 nömrəli avtobusda sürücünün qapını iki uşağı ilə avtobusdan düşən ananın tam düşməsini gözləmədən bağlaması nəticəsində uşaqlardan birinin ayağı qapıda qalıb:

Onun iddiasına görə, hadisə nəticəsində uşağın ayağı xəsarət alıb və qanayıb. Vətəndaş bildirib ki, sürücü hadisədən sonra avtobusdan düşərək uşağın vəziyyəti ilə maraqlanmayıb. Sərnişinlərin etirazından sonra sürücünün avtobusdan düşdüyü, lakin üzr istəmədiyi və «heç nə olmayıb» dediyi qeyd olunub.

Vətəndaş məsələ ilə bağlı narazılığını bildirərək aidiyyəti qurumların hadisəni araşdırmasını istəyib.

Afət

Gununsesi.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью