150 rusiyalı diplomat Almaniyanı tərk edəcək

11.09.2026

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Təxmini 150 rusiyalı diplomat və onların ailə üzvləri Almaniyanı tərk etmək məcburiyyətində qalıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Bonn şəhərindəki Rusiya konsulluğunun və Berlindəki Rus Evinin bağlanmasıdır.

Rusiya tərəfi qərara etiraz edərək bunun Almaniyada yaşayan və işləyən minlərlə Rusiya vətəndaşının konsul xidmətlərindən uzaq düşmənlərinə gətirəcəyini bildirib.

Qeyd edək ki, konsulluq və Rus evinin qapadılmasına səbəb bu ayın əvvəlində Leypsiin Halle hava limanında pilotsuz uçuş aparatları (PUA) ilə törədilən "hibrid hücum"dur. Almaniya hökuməti bu hadisəyə görə məsuliyyəti rəsmən Rusiyanın üzərinə qoyub.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью