1500 dən çox döyüşçü öldürülüb

13.09.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son bir ay ərzində ölkənin qərb sahilində Yəmən hökumət qüvvələri ilə Husi hərəkatı arasında baş verən toqquşmalar zamanı hər iki tərəfdən 1500-dən çox döyüşçü öldürülüb. 

“Cebheinfo.az” xəbər verir ki, bunu “Əl-Cəzirə” Yəmən mənbələrinə istinadən yazıb. Daha minlərlə döyüşçü yaralanıb.

“Əl-Cəzirə”-nin məlumatına görə, 9 avqust - 10 sentyabr tarixləri arasında hökumətyönlü Milli Müqavimət Qüvvələrindən 500-dən çox döyüşçü öldürülüb, təxminən 1500 nəfər yaralanıb. Bu məlumat döyüşlərdə iştirak edən qüvvələr tərəfindən qeydə alınıb.

Onların məlumatlarına görə, eyni dövrdə 1000-dən çox Husi döyüşçüsü öldürülüb, bir neçə min nəfər isə yaralanıb. Yəmənin qərb sahilində gərgin döyüşlər davam edir. Husilər beynəlxalq səviyyədə tanınmış hökumətin iki əsas qalasına - ölkənin cənubunda və şimalında irəliləməyə çalışırlar.

Münaqişə tərəfləri müntəzəm olaraq düşmən itkiləri barədə məlumat verirlər, lakin davam edən hərbi əməliyyatlar və münaqişə bölgələrinə məhdud giriş səbəbindən bu cür məlumatların müstəqil şəkildə yoxlanılması çətindir.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью