1500 filmdə rol alan aktyorun dəfninə həmkarları gəlmədi Ayıb olsun!

04.02.2026

Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyənin məşhur "Battal Qazi" filmlərindəki "ZıpZıp" rolu ilə tanına türk kinosunun veteranı Necdet Kökeş bu gün dəfn edilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbuldakı Atlas Kinoteatrında anım mərasiminə onun vaxtilə rol yoldaşları və tanınmış həmkarları qatılmayıblar. 

Mərasimə tək qatılan məşhur aktrisa Nur Sürer bu fakta çox əsəbi reaksiya verib. O, mərasimdə tribunaya qalxaraq çıxış edib: 

Nur Sürer

"O dövrdə Yeşilçamda baş rolları canlandıran kişi və qadın aktyorları bu gün buraa görmək istərdim. Təəssüf ki, burada heç kim yoxdur. Əgər onlar 250-280 filmdə baş rolları canlandırıblarsa, Necdet və digərləri 1500 filmdə rol alıblar. Sonda bizim nəyimiz var?! Sadəcə o dövrdən sağ olan dostları... Onlara ayıb olsun!"

Ləman

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью