1500 nəfərlik kənd İsveç futbolunu fəth etdi “Mjallby”dən möcüzə

21.10.2025

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsveç Birinci Futbol Liqasının başa çatmasına 3 həftə qalmış çempionun adı bəlli olub. 

Apasport.az xəbər verir ki, "Mjallby" klubu 66 xalla çempionluğu təmin edib. 

Əhalisi 1500-dən az olan balıqçı kəndinin komandası liqanın 27-ci həftəsində səfərdə “Göteborq”la qarşılaşıb. "Mjallby" "Qəmlə Üllevi" stadionunda rəqibini 2:0 hesabı ilə məğlub edərək xallarının sayını 66-ya çatdırıb. 

Onun ən yaxın izləyicisi "Hammarbi"nin 55 xalı var.

"Mjallby" UEFA Çempionlar Liqasının seçmə mərhələsində oynayacaq və 2026-27 mövsümündə tarixində ilk dəfə Avropa yarışlarında çıxış edəcək.
 

“Beşiktaş” Cengiz Ünderlə bağlı qərarını verib FIFA ofsayd qaydalarını dəyişə bilər "İnter"in forvardı ÇL matçında iştirak etməyəcək “Napoli”nin sabiq üzvü karyerasını Türkiyədə davam etdirə bilər "Qalatasaray" - "Bodo-Qlimt" matçının hakimi bəlli olub
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью