156 minlik ölkədən tarixi nəticə Kurasao DÇ da ilk xalını qazandı

21.06.2026

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kurasao millisi dünya çempionatları tarixində ilk xalını əldə edib.

Apasport.az xəbər verir ki, DÇ-2026-nın E qrupunun II turunda Ekvadorla qarşılaşan Karib hövzəsi təmsilçisi qolsuz heç-heçəyə nail olub.

Beləliklə, tarixində ilk dəfə dünya çempionatının final mərhələsində çıxış edən Kurasao mundialdakı ilk xalını qazanıb.

Təxminən 156 min nəfər əhalisi olan ölkə üçün bu nəticə tarixi uğur hesab olunur.

Qeyd edək ki, Kurasao ilk turda Almaniyaya 1:7 hesabı ilə uduzmuşdu.

Ekvador isə iki turdan sonra cəmi 1 xal toplayıb.

İlk oyunda Fil Dişi Sahilinə 0:1 hesabı ilə məğlub olan Cənubi Amerika təmsilçisi pley-off şansını son tura saxlayıb.

Almaniya 1/16 finalda: Pley-offa üçüncü vəsiqə 30 dəqiqədə şou göstərdi - Undav matçın ən yaxşısı seçildi Dirk Kuyt "Fənərbaxça"ya qayıdır: Bu dəfə məşqçi kimi Rafinya Şotlandiya ilə oyunu buraxacaq - Braziliyada ciddi itki Sörlotun maaş tələbi - "Fənərbaxça" transferdən çəkilir
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью