156 və 156A nömrəli marşrutlardan istifadə edənlərə şad xəbər

29.10.2026

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Noyabrın 1-dən metronun “Memar Əcəmi” stansiyası ilə Hökməli qəsəbəsini əlaqələndirən 156 və 156A nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar yenilənəcək.

Modern.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, 156 nömrəli marşrut üzrə 10 ədəd “Isuzu Citibus”, 156A nömrəli marşrut üzrə isə 4 ədəd “Isuzu HC45” markalı müasir və komfortlu avtobus sərnişindaşıma xidmətinə cəlb olunacaq.

Hər iki marşrut üzrə ödənişlər nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 50 qəpik müəyyən edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью