1589 cu gün: Rusiyanın itkiləri yeniləndi

01.07.2026

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Ukrayna müharibənin 1589-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 404 760 hərbçi, 12 069 ədəd tank, 24 856 ədəd zirehli döyüş maşını, 45 111 ədəd artilleriya sistemi, 1 903 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 459 hava hücumundan müdafiə sistemi, 436 ədəd hərbi təyyarə, 353 ədəd helikopter, 1 782 ədəd yerüstü robot-texnika kompleksi, 383 067 ədəd PUA, 114 499 ədəd avtomobil texnikası, 4 797 qanadlı raket, 33 gəmi/kater, 2 sualtı qayıq, 4 369 xüsusi avadanlıq itirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью