159 şübhəli oyun aşkarlanıb

02.04.2025

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

"Starlizard Integrity Services" (SIS) analitik şirkəti 2024-cü ildə 159 şübhəli futbol matçı qeydə alıb.

İdman.biz xəbər verir ki, əvvəlki hesabat dövrü ilə müqayisədə potensial danışılmış oyunların sayı 7,5% azalıb.

SIS dünya üzrə 74 mindən çox oyunu təhlil edib, onlardan 159-u şübhəli hesab edilib. Həmin matçlardan 67-si (42%) Cənubi Amerikada oynanılıb.

Yoldaşlıq görüşləri şübhəli qarşılaşmaların ümumi sayının 9%-ni təşkil edib.

SIS bukmeker xətti ilə əmsalların hərəkəti əsasında şübhəli matçları müəyyən edir. Şirkət bütün şübhəli matçların səlahiyyətli orqanların iştirakı ilə araşdırılmasına çağırır.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью