Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2025-ci ilin fevral ayından bu günədək 16 ailə vəfat edən yaxınlarının orqanlarının bağışlanmasına razılıq verib.
"Cebheinfo.az" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova “Ürək Transplantasiyası Həftəsi” çərçivəsində Səhiyyə Nazirliyinin media nümayəndələri üçün təşkil etdiyi maarifləndirici seminarda deyib. Yeganə Abbasova vurğulayıb ki, həmin donorlar vasitəsilə ümumilikdə 85 orqan köçürülüb. Onlardan dördü ürək transplantasiyasıdır. O qeyd edib ki, hazırda 1500 Azərbaycan vətəndaşı orqan transplantasiyası üzrə gözləmə siyahısındadır.Bu rəqəmlər orqan donorluğunun daha çox insana həyatını davam etdirmək imkanı verdiyini göstərir.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin