16 cüdoçumuz Budapeşt Böyük Dəbilqəsində

09.09.2026

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Sentyabrın 11–13-də Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Böyük Dəbilqə turniri keçiriləcək.

Apasport.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının təqviminə daxil olan yarışda Azərbaycan 11 çəki dərəcəsində 16 idmançı ilə təmsil olunacaq.

Kişilərdən ibarət milli komandaya baş məşqçi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Robert Kravçik, qadınlardan ibarət yığmaya isə baş məşqçi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıran turnirdə 70 ölkədən 500-dən çox cüdoçunun iştirakı gözlənilir.

Azərbaycanı yarışda aşağıdakı idmançılar təmsil edəcəklər:

Qadınlar
48 kq – Könül Əliyeva
52 kq – Aydan Vəliyeva
70 kq – Südabə Ağayeva
+78 kq – Madina Kaisionova

Kişilər
60 kq – Murad Muradlı, Babarəhim Mirzəyev
66 kq – Rəşad Yelkiyev, Nizami İmranov
73 kq – Kamran Süleymanov, Rəşid Məmmədəliyev
81 kq – Hidayət Heydərov, Vüsal Qələndərzadə
90 kq – Vüqar Talıbov
100 kq – Əjdər Bağırov
+100 kq – Camal Qamzatxanov, Kənan Nəsibov

Qeyd edək ki, Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, “A” kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.

Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu Azərbaycanı Avropa çempionatında 14 cüdoçu təmsil edəcək Cüdoçularımızdan Polşada 7 medal Coşqun Əliyev "Masters Top 18"in qalibi olub Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью