16 il sonra eyni arenada rumıniyalının Bakı səfəri

25.08.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Sabah” Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda bu gün İsrailin “Hapoel” (Beer-Şeva) komandasını qəbul edəcək.

Futbolpress.az-ın məlumatına görə, matçın baş hakimi İştvan Kovaç karyerası ərzində ikinci dəfə bu arenada meydana çıxacaq.

Rumıniyalı referi 2010-cu ildə “Qarabağ”ın Avropa Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın “Metallurq Skopye” komandasına qarşı oyununda baş hakim olub.

Həmin il FIFA referisi statusunu alan hakim Tofiq Bəhramov adına Respublika stadionunda ədaləti qoruyub. Görüş “Qarabağ”ın böyük hesablı qələbəsiylə başa çatıb – 4:1. Matçda “atlılar”ın müdafiəçisi Admir Teli qırmızı vərəqə ilə cəzalanıb.

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matça saat 20:45-də start veriləcək.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью