Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
İspaniya millisi tarixində 6-cı dəfə futbol üzrə dünya çempionatının 1/4 final mərhələsinə vəsiqə qazanıb.
QOL.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.
Luis de la Fuenteyin rəhbərlik etdiyi komanda DÇ-2026-da qrup mərhələsini lider kimi başa vurub. İspanlar 1/16 finalda Avstriyanı 3:0, 1/8 finalda isə Portuqaliyanı 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəliblər.
İspaniya sonuncu dəfə 2010-cu il dünya çempionatında 1/4 finala çıxmış və həminvaxt turnirin qalibi olmuşdu. Visente del Boskenin rəhbərlik etdiyi komanda 1/4 finalda Paraqvayı (1:0), yarımfinalda Almaniyanı (1:0), finalda isə Niderlandı (1:0) məğlub edərək dünya çempionu adına yiyələnmişdi.
İspaniya millisi 2014-cü ildə qrup mərhələsində mübarizəni dayandırmış, 2018-ci ildə isə 1/8 finalda Rusiyaya penaltilər seriyasında uduzaraq turnirlə vidalaşmışdı.
Qeyd edək ki, İspaniya DÇ-2026-nın 1/4 finalında Belçika ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 10-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.