16 illik hotel bağlandı

06.12.2024

Icma.az, Manset portalına istinadən məlumat yayır.

"İmişli Mehmanxana" ASC ləğv olunduğunu elan edib.

Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində məlumat verilib.

Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ3000 İmi̇şli̇ şəhəri, Həzi̇ Aslanov küçəsi, ev 12 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, "İmişli Mehmanxana" ASC 2008-ci ildə dövlət qeydiyyatına alınıb, Nizamnamə kapitalı 76 432 manat olan ASC-nin qanuni təmsilçisi Cəfərov Mərhəb Məmməd oğludur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью