Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sosial Xidmətlər Agentliyi indiyədək 16 min nəfərin mənzillə təmin olunmasına nail olub
BAKU.WS xəbər verir ki, bu barədə Agentliyin sədri Vüqar Behbudov qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.
O bildirib ki, mənzil proqramları əsasən müharibə əlilliyi olan şəxsləri və şəhid ailələrini əhatə edir. Vüqar Behbudovun sözlərinə görə, Agentliyin fəaliyyət göstərdiyi 6 il ərzində ümumilikdə 600 min nəfərə müxtəlif sosial xidmətlər təqdim olunub. Həmçinin bu günədək 17 min 168 nəfər şəhid ailəsi üzvü müvafiq vəsiqə ilə təmin edilib.