Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yenidoğan şəbəkəsi ilə bağlı irəli sürülən ittiham aktında adı çəkilən Özel Şafak Xəstəxanasının sahibi Seçim Öztürk son 10 ildə Sosial Müdafiə Qurumundan (SGK) 600 milyon lirə aldıqlarını açıqlayıb.
O, dövlətdən 16 min saxta göz əməliyyatı barədə hesabat hazırlayıb hesab-faktura təqdim etmələri ilə bağlı 3,5 milyon dollar geri ödədiyini etiraf etsə də, xəstəxanasının bağlanmadığını irəli sürüb.
Həmçinin reanimasiya şöbələrinə sağlam şəxslər yerləşdirərək dövlətə ödəniş üçün müraciət etdiklərini açıq şəkildə bildirib.
Bu əməliyyata görə dövlət tərəfindən ödəniş edilməməsinə görə məhkəməyə müraciət etdiyini də əlavə edib.
Milli.Az xəbər verir ki, Seçim Öztürk Bağcılardakı xəstəxananın bağlandığını, amma Avropa Şafakın hələ də fəaliyyət göstərdiyini bildirib.
Halk TV efirində SGK hesabatlarının müzakirəsi zamanı yayıma qoşulan Öztürk, xəstəxananın bağlanmadığını söyləyib.
O, 10 il ərzində dövlət tərəfindən 600 milyon lirə ödəniş aldığını təsdiqləyib.