sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatı start götürür.
Sport24.az xəbər verir ki, yarışda 16 şahmatçı nokaut sistemi ilə çıxış edəcək.
Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva kimi adından söz etdirmiş zəka sahibləri də turnirdə iştirak edəcəklər.
Bu gün onlar 1/8 final mərhələsinin ilk oyunlarını keçirəcəklər.
Rəqiblər fiqurlarda rəng dəyişikliyi edərək iki oyun keçirəcək və lazım olduqda taybreyk də oynayacaqlar.
1/8 finalİlk oyunlarLalə Hüseynova – Günay MəmmədzadəGövhər Beydullayeva – Səbinə RzalıMəryəm Ağaverdiyeva – Ülviyyə FətəliyevaXanım Balacayeva – Ləman HacıyevaMələk İsmayıl – Gülnar MəmmədovaAyan Allahverdiyeva – Zeynəb MəmmədyarovaNərmin Kazımova – Türkan MəmmədyarovaNərmin Abdinova – Səbinə İbrahimova Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.