16 yaşdan kiçik uşaqlara sosial mediadan istifadə qadağan edildi

27.11.2024

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Avstraliya parlamentinin aşağı palatası 16 yaşdan kiçik uşaqlar üçün sosial media hesablarının yaradılmasına qadağa qoyub. 

Redaktor.az xəbər verir ki, bu barədə TASS yazır.

115 deputatdan 102-si qanunun lehinə səs verib. Bəzi müstəqil deputatlar isə bunun əleyhinə səs veriblər. Qanun Avstraliya Parlamentinin yuxarı palatası tərəfindən qəbul edilərsə, platformalar "Snapchat", "TikTok", "Instagram", ”Reddit"i əhatə edir.

Qanunun qəbuluna təşəbbüs göstərənlərdən biri də Avstraliyanın baş naziri Entoni Albanese olub və o, qanunun həftənin sonuna qədər “şərtsiz təsdiqini” gözlədiyini bildirib.

Sevinc İBRAHİMZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью