16 yaşında avrokubok rekordu qırdı

15.02.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Şemrok Rovers"in futbolçusu Maykl Nonan avrokuboklarda yeni rekord müəyyənləşdirib.

QOL.az xəbər verir ki, o, buna Konfrans Liqasının pley-off mərhələsinin "Molde" ilə ilk oyununda nail olub. 

16 yaş 198 günlüyündə olan hücumçu həmin matçda qol vurub və komandasına qələbə qazandırıb. Nəticədə Noonan bir avrokubok oyununda qol vuran ən gənc futbolçu adını qazanıb. O, Romelu Lukakunun rekordunu qırıb.

Bunu da qeyd edək ki, "Molde" ilə görüş Nonanın "Şemrok Rovers"də debüt oyunu olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью