16 yaşında Premyer Liqa rekordu qırdı

16.03.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

16 yaşında Premyer Liqa rekordu qırdı

"Arsenal"ın futbolçusu Maks Douman İngiltərə Premyer Liqası tarixinin rekorduna imza atıb.

QOL.az BBC-yə istinadən xəbər verir ki, o, bunu ötən gecə "Everton"la matçda (2:0) fərqlənməklə bacarıb.

16 yaş 73 günlüyündə olan yarımmüdafiəçi turnir tarixində qol vuran ən gənc futbolçu adını qazanıb. O, "Everton"un sabiq oyunçusu Ceyms Vonun 21 illik rekordunu qırıb. Von 2005-ci ildə 16 yaş 270 günlüyündə olarkən qol vurmuşdu.

Qeyd edək ki, Maks Douman 2015-ci ildən "Arsenal" sistemindədir. O, ötən il klubun əsas komandasında debüt edib. Gənc yarımmüdafiəçi həmçinin İngiltərənin U-19 millisinin də üzvüdür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью