16 yaşından aşağılara sosial şəbəkələr qadağan ediləcək Yeni Sabah

08.11.2024

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Avstraliyada 16 yaşından aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qanun layihəsi müzakirə edilir. Baş nazir Entoni Albenes sözügedən qanunla bağlı təşəbbüs irəli sürüb.

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, başda baş nazir Albenes olmaqla, bir çox deputatlar bu qanunun istər uşaqlar, istərsə də valideynlər üçün olduqca faydalı olacağını bildirib. Qanun layihəsinə əsasən, 16 yaşından aşağı olan şəxslərin hər hansısa sosial şəbəkəyə girişi mümkün olmayacaq. 

Avstraliya məclisində müzakirə olunduqdan və qəbul edildikdən 12 ay sonra qanun qüvvəyə minəcək. Bu layihənin bir çox ölkələrdə də tətbiq olunacağı gözlənilir.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью