16 yaşlı basketbolçulardan ardıcıl 3 cü məğlubiyyət

24.08.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının B divizionunda üçüncü oyununu keçirib.

İdman.biz xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təşkil olunan turnirdə yığmamızın rəqibi Slovakiya komandası olub.

Görüş komandamızın 62:70 hesablı məğlubiyyəti ilə başa çatıb.

Azərbaycan yığması daha əvvəl İsveçə (57:84) və Niderlanda (49:81) uduzaraq qrupda sonuncu - 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, növbəti rəqib sabah Lüksemburq komandası olacaq. Oyun 21:30-da başlayacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью